
06.11.2025
Zəfər Günü münasibətilə Qarabağ Regional Mədəniyyət İdarəsi Şuşa şəhər Bülbülcan adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Şağan qəsəbə Mədəniyyət Mərkəzində “Şanlı Zəfərin sədası” adlı konsert proqramı keçirilib.
Tədbirdən əvvəl iştirakçılar Şuşa Dövlət Rəsm Qalereyasının “Bu yol Şuşaya gedir” adlı sərgisi ilə tanış olublar.
Tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən Zəfər Gününə həsr olunmuş mahnılar səsləndirilib.