Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib

23.07.2025

Şuşada Xalq yazıçısı Anarın kitabının təqdimatı olub, poeziya saatı keçirilib

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşan Vaqif Poeziya Günləri Şuşada davam edir.

Poeziya bayramı çərçivəsində iyulun 23-də Şuşa şəhərində Natəvanın evinin qarşısındakı meydanda Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Xalq yazıçısı Anarın “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi” kitabının təqdimatı keçirilib.

#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #VaqifPoeziyaGünləri