Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdam rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr — Zəfər Gününə həsr olunmuş “Bu Zəfər əbədidir” adlı intellektual yarış keçirilib

05.11.2025

5 noyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr — Zəfər Gününə həsr olunmuş “Bu Zəfər əbədidir” adlı intellektual yarış keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra yarışa start verilib. Yarış zamanı iştirakçılar müxtəlif sualları cavablandırıblar.

Sonda l, ll və lll yeri tutan komandalar kubok və diplomlarla təltif olunublar.