26.08.2025
26 avqust 2025-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Beynəlxalq Muğam Günü” münasibətilə muğam gecəsi keçirilib.
Əvvəlcə Azərbaycan muğamının tarixi, bu günün mahiyyəti, muğam sənətinin incəlikləri və klassik xanəndələrin muğam sənətinin gələcək nəsillərə çatdırılmasında göstərdikləri xidmətlər haqqında danışılıb. Sonra Qarabağ Muğam Mərkəzinin müəllim-şagird kollektivinin ifasında muğam, təsnif və xalq mahnıları səsləndirilib. Konsert proqramının sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başcısı Rafil Hüseynov və Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov tərəfindən mədəniyyət sahəsində göstərdikləri xidmətlərə görə bir qrup mədəniyyət işcisi fəxri fərmanlarla təltif edilib.