
03.12.2025
3 dekabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində 1 nömrəli Uşaq incəsənət məktəbi və 3 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə bizə nə verir?” adlı maarifləndirici görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mövzu ətrafında çıxışlar edilərək, korrupsiyanın yaratdığı fəsadlardan danışılıb və ona qarşı aparılan mübarizənin əhəmiyyəti vurğulanıb.