
20.01.2026
20 yanvar 2026-cı il tarixində Ağdam rayonunda 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.
Rayon ərazisində yerləşən “Şəhidlər” abidə kompleksi önündə təşkil olunan tədbirdə 20 Yanvar faciəsi qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, abidənin önünə tər qərənfillər düzülüb.