
29.10.2025
29 oktyabr 2025-ci il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşən “Mədəniyyət rüzgarı” layihəsinin növbəti ünvanı Füzuli şəhər Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi olub.
“Sənətkarın dostu” layihəsi üzrə mərkəzdə Xalq artisti, xanəndə, pedaqoq Mənsum İbrahimovun iştirakı ilə görüş təşkil edilib. Görüş zamanı Mənsum İbrahimov və tələbələri öz ifalarını təqdim ediblər. Sonra Xalq artisti Füzuli rayon uşaq musiqi məktəblərinin şagirdlərinin ifasını dinləyərək onlara öz tövsiyələrini verib və uğurlar arzulayıb.
Sonda Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov Xalq artisti Mənsum İbrahimova hədiyyə təqdim edib.