Qarabağ Regional Mədəniyyət İdarəsi

Mədəniyyət

Ağcabədi

 Ağcabədidə Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi, Tarix-diyarşünaslıq muzeyinin filialı Həmidə xanım Məmmədquluzadənin ev muzeyi, Yaqub Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi, 27 kənd klubu,3 qəsəbə klubu ,6 kənd mədəniyyət evi , Üzeyir Hacıbəyli adına şəhər uşaq İncəsənət məktəbi, şəhər uşaq musiqi məktəbi, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi, Hindarx qəsəbə uşaq musiqi məktəbi, 6 kənd uşaq musiqi məktəbi, rayon Dövlət Rəsm Qalereyası, Mərkəzi kitabxana, 2 qəsəbə və 36  kənd filial kitabxanaları fəaliyyət göstərir.

   Ağcabədi rayonunda ölkə əhəmiyyətli 69, yerli əhəmiyyətli 5 arxeoloji abidə, ölkə əhəmiyyətli 4, yerli əhəmiyyətli 2 memarlıq abidəsi və ölkə əhəmiyyətli 12 bağ-park monumental və xatirə abidələri var.

Ölkə əhəmiyyətli arxeoloji abidələr: Tunc dövrünə aid Salmanbəyli (hal-hazırda arxeoloji qazıntılar aparılır) Qalatəpə kurqanı, eneolit dövrünə aid Kamiltəpə yaşayış yeri ( hal-hazırda arxeoloji qazıntılar aparılır) tunc dövrünə aid Hindarx qəsəbəsi ərazisində Qazantəpə kurqanı, tunc dövrünə aid Hindarx qəsəbə ərazisində Görüştəpə kurqanı, Ağcabədi şəhərində XX əsrə aid yerli əhəmiyyətə malik məsсid, Ağcabədi şəhərində yerli əhəmiyyətə malik BVM-də həlak olmuş həmvətənlərimizin, Qarabağ müharibəsi zamanı şəhid olmuş övladlarımızın xatirə bağ-park abidələri və s vardır.

   Müasir Memarlıq üslübunda tikilmiş Heydər Əliyev Mərkəzi 2007-ci ildən, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzi 2008-ci ildən fəaliyyətə başlamış, Yaqub Məmmədov adına rayon Mədəniyyət evi 2008-ci ildə yenidən əsaslı təmir olunmuşdur.