Əliyev Əhliyyət Ələddin oğlu
Bərdə Regional Mədəniyyət İdarəsi
Məsləhətçi
Əliyev Əhliyyət Ələddin oğlu 11 mart 1993-cü il tarixində Bərdə rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1999 – 2010-cu illərdə Bərdə rayon Şəhid İlqar Abbasov adına Kələntərli kənd tam orta məktəbində orta təhsil almışdır. 2010-cu ildə isə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir şəhər filialına daxil olmuş və 2014-cü ildə həmin təhsil müəssisəsini Xarici dil(İngilis dili) müəllimliyi ixtisası üzrə bitirmişdir. 2014 - 2015-ci illərdə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 2015-ci ilin Sentyabr ayından Bərdə Turizm İnformasiya mərkəzində mütəxəssis vəzifəsində əmək fəaliyyətinə başlamış, daha sonra 2017-ci ilin yanvar ayından ictimai əsaslarla Bərdə Regional Mədəniyyət İdarəsində mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin Sentyabr ayından isə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş və hal-hazırda Bərdə Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirir. 2017-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.
Telefon: +994202052322
E-poçt: ehliyy@mail.ru