Məmmədova Səyyarə Nizami qızı
Qarabağ Regional Mədəniyyət İdarəsi
Ağdam rayonu üzrə Nümayəndə
Məmmədova Səyyarə Nizami qızı 14.07.1982-ci ildə Ağdam rayonu Əhmədavar kəndində anadan olub. 1999-cu ildə Ağdam 2 saylı tam orta məktəbi bitirib. 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 2003-2006-cı illərdə isə magistr pilləsindən məzunu olub. 2000-ci ildə Relief İnternational-Azerbaijan tərəfindən təşkil olunan "Azərbaycan sülh və dözümlülük təhsili: 21-ci əsr üçün birgə strategiyalar" mövzusunda Bakı şəhərində təşkil olunan təlimdə iştirak edib. 2004-cü ilin may-avqust aylarında Danimarka Qaçqınlar Şurasının dəstəyi Azərbaycan və Gürcüstan respublikalarından olan məcburi köçkün və qaçqın məktəblərinin müəllimləri üçün təşkil olunmuş "Münaqişələrin həlli və sülh quruculuğu bacarıqları barədə" beynəlxalq təlim kursunda iştirak edib. 17 aprel 2011-ci il tarixində Hüquqşünas Qadınlar Assosiasiyası tərəfindən Bərdə şəhərində "İnsan alveri problemi sahəsində maarifləndirmə" mövzusunda təşkil olunan təlimdə iştirak edib. 2008-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Komissiyasının dəstəyi ilə təşkil olunanan kompüter kurslarında və gender bərəbərliyi məsələlərinə həsr edilən təlimlərdə iştirak edib. 2015-ci ilin iyulunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin ixtisasartırma kursunda olub. 2022-ci ilin aprelində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi vəzifəsinə təyin edilib. Hazırda Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayonu üzrə nümayəndəsi vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Telefon: 0263250083
Faks: 0263250083
Qəbul günləri: IV gün 09.00-12.00