Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Həsənov Qalib Şamil oğlu

Qarabağ Regional Mədəniyyət İdarəsi

Rəis

Həsənov Qalib Şamil oğlu 1974-cü ildə Ağcabədi rayonunda anadan olub. 1995-ci ildə Azərbaycan Universitetinin “Beynəlxalq iqtisadi əlaqələr” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə “Beynəlxalq iqtisadi munasibətlər” ixtisası üzrə magistr pilləsini bitirib. 1997-ci ildə Pakistan İslam Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən İslamabad şəhərində təşkil edilmiş “Diplomatik kurs”da, 1998-ci ildə Koreya İnkişaf Agentliyi tərəfindən təşkil edilmiş “Bazar iqtisadiyyati, Koreyanın inkişaf təcrübəsi”, 1999-cu ildə Oksford və Birminqam universitetlərinin Budapeşt şəhərində birgə təşkil etdiyi “Ticarət Diplomatiyası” kurslarında iştirak edib.Əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində başlayıb. 1999-2000-ci illərdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyində III katib, II katib, 2000-2004-cü illərdə Azərbaycan Republikasının İstanbul şəhərindəki Baş Konsulluğunda vitse-konsul, konsul, 2004-2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2009-2010-cu illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində müşavir vəzifəsində işləyib. 10 Avqust , 2021-ci ildə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi təyin  olunub. 3 İyul 2023-cü il tarixdə Qarabağ Regional Mədəniyyət İdarəsinin rəisi vəsifəsinə təyin olunub. Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir. Ailəlidir, üç övladı var.  

Telefon: 0212755154

Qəbul günləri: 3-cü günü saat 09:00-13:00 14:00-18:00