Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Mərkəzi kitabxananın Oxuculara xidmət şöbəsinin əməkdaşları ”N” saylı hərbi hissədə mütaliə saatı təşkil edib.

13.02.2018

İştirakçılara 200 ədəddən çox kitab təqdim olunmuşdur. Bu kitablar arasında ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “Əbədi müstəqilliyimizin memarı”, “Azərbaycan tarixi”, “Dilimiz qüdrətimizdir”, “Milli Qəhrəmanlar fəxrimizdir”, və s. nəşrlər əsgər və zabitlər tərəfindən çox maraqla qarşılanıb. MKS-in direktor müavini Təranə Məmmədova bildirmişdir ki, tədbiri keçirməkdə əsas məqsəd əsgərlərimizdə kitaba olan marağı artırmaq, onları qiraət etməyə həvəsləndirməkdir. Bu məqsədlə iştirakçılara hər bir kitab haqqında ətraflı məlumat verilməklə yanaşı, bəzi nəşrlərin elektron versiyası da təklif olunur. Virtual kitabxana və mobil kitabxana haqqında İnformasiya -resurs şöbəsinin müdiri Gülşən Quliyeva ətraflı məlumat vermişdir. Bir sözlə, il ərzində şəhər mərkəzləşdirilmiş kitabxana sistemində olan kitabdan ən yaxşıları seçilərək Hərbi hissələrdə oxuculara təqdim ediləcəkdir.