Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

14.02.2018-ci il tarixdə Ağcabədi rayon MKS-nin Pərioğullar kənd kitabxana filialında ”Ana dilimiz varlığımızdır” başlığı altında tədbir keçirilmişdir.

14.02.2018

Tədbirdə Pərioğullar kənd orta məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Giriş sözü tədbiri açan kitabxananın müdiri Nübar Qasımova bildirmişdir ki, Beynəlxalq Ana dili Günü 1999-cu il noyabrda UNESCO-nun Baş Konfransında elan edilib və 2000-ci ilin fevral ayından etibarən hər il dilçilik, mədəni müxtəliflik və çoxdilliliyi təbliğ etmək üçün qeyd edilir.
Beynəlxalq Ana dili günü 1952-ci il 21 fevralda Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini xatırladır.
Bunun qeyd edilməsi BMT Baş Məclisi tərəfindən 2008-ci ili Beynəlxalq Ana dili günü elan etməsi ilə rəsmi olaraq tanınıb.
Digər çıxış edənlər bildirdilər ki, bu günün qeyd olunmasında məqsəd dünyada «dillərin ölməsinin» qarşısını almaq, onların qorunub saxlanılmasına diqqəti cəlb etməkdir.
Hazırda dünya əhalisi ümumilikdə 6 minə yaxın müxtəlif dillərdə danışır. Ancaq dünya dillərinin əksəriyyətində - 96 faizində cəmi 4 faiz insan danışa bilir. Tədbirin sonunda Ana dilinə həsr edilmiş şeirlər səsləndirdilər.