Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Hindarx qəsəbə kitabxana və klubları ”Aman Xocalı dərdim” adlı tədbir keçirdi

22.02.2018

Ağcabədi rayonun Hindarx qəsəbə klubları və kitabxanası Xocalı faciəsinin 26-cı il dönümü ilə əlaqədar "Aman Xocalı dərdim" adlı tədbir keçirdi.Tədbir qəsəbədə yerləçən X.Həsənov adına 2 saylı ümumi orta məktəbin həyətində keçirildi.Tədbirdə qəsəbə klub,kitabxana,musiqi məktəbi və orta məktəbin kollektivi və şagirdləri iştirak etdi.Tədbirin açılışını 2 saylı qəsəbə klubunun müdiri Süleymanova Gülsarə etdi və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edildi.Daha sonra soyqırım şəhidlərinin əziz xatirələrini əks etdirən "Xocalı harayı" adlı fotoşəkillər ,kitab,qəzet və jurnallardan ibarət sərgi nümayış etdirildi.Ardında qəsəbə ziyalıları o vaxt baş vermiş dəhşətli hadisədən danışdılar.Məktəb şagirdləri Xocalı faciəsinə aid şerlər söylədilər.