06.02.2017
Bərdə Turizm İnformasiya mərkəzinin təşkilatçılığı ilə “İslam Həmrəyliyi İlinin Mədəniyyət və Turizm Sahəsində Rolu” adlı dəyirmi tədbir keçirilib. Təşkil olunan dəyirmi masada Turizm İnformasiya mərkəzi, Bərdə rayon MKS, Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyi və digər müəssisələrin əməkdaşları iştirak edib. Geniş diskursiya şəklində təşkil olunan tədbirdə qarşıda duran məsələlər və planlar müzakirə olundu.
Tədbdə çıxış edən Bərdə Turizm İnformasiya mərkəzinin mütəxəsisi Əhliyyət Əliyev ölkə rəhbərinin 2017-ci ili "İslam həmrəyliyi ili" elan etməsi barədə iştirakçılara məlumat verərək diqqətə çatdırıb ki, qarşıda ölkədə keçiriləcək “İslam Həmrəyliyi Oyunları”-nın təbliğat işlərində vətəndaş olaraq hərkəs öz üzərinə düşən işin öhdəsindən laiqincə gəlməlidir. Həmçinin qeyd olundu ki, keçiriləcək oyunlar ölkənin turizm potensialına çox müsbət təsirini göstərəcək.
Sonda Əhliyyət Əliyev “İslam Həmrəyliyi Oyunları” ərəfəsində Bərdə Turizm İnformasiya mərkəzinin hazırladığı turist marşrutu planını təqdim edib.
Tədbirdə digər çıxış edən çıxış edən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbuhi Qasımov son illərdə İslam dünyasında baş verən müharibələr, qarşıdurmalar minlərlə günahsız insan təlafatına və milyonlarala insanın qaçqın düşməsi ilə nəticələndiyini diqqətə çatdırıb: "Əlbətdəki bu məsələlər islamı parçalamaq isdəyən böyük qüvvələrin məqsədinə uyğun qaydada aparılır. Və demək olar ki, hazırda da baş verən müharibələr təbii sərvətləri ilə zəngin olan islam ölkələrini, öz gözəlliyi ilə məhşur olan böyük tarixi şəhərləri yerlə yeksan edib. Bütün bunlar onu göstərir ki, müsəlman dünyası özünün ən çətin dövrünü yaşayır. Ümid edirəm ki məhs bu dövrdə Azərbaycanda "İslam Həmrəyliyi Oyunları"-nın keçirilməsi ərəb ölkələrindəə baş verən mühharibələrə təsirsiz ötüşməyəcək. Bizdə hər birimiz ölkəmizdə keçiriləcək bu böyük tədbirin təşkilində bütün güclərimizi səfərbər etməliyik."