Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xocalı Soyqırımı ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir.

22.02.2018

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı Soyqırımı ilə əlaqədar olaraq keçirilən tədbirlər davam edir. Növbəti tədbir 22 fevral 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

İki hissədən ibarət olan tədbirin birinci hissəsində tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin və Ağcabədi şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Xocalı faciəsini özündə əks etdirən rəsm əsərlərindən ibarət “Xocalı Əsrin Faciəsi” adlı sərgi ilə tanış oldular.
Tədbirin ikinci hissəsi Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi,ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri etnik təmizləmə,soyqırım və işğal siyasəti barədə ətraflı məlumat verib. Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında təbliğatın önəmini xüsusi vurğuluyan Məhsəti Musa, hər kəsi Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv olmağa ,qan yaddaşımıza dair məlumatların geniş yayılmasında iştirak etməyə çağırdı.
Daha sonra çıxışçılardan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Cavid İsmayılov, Ağcabədi Regioanl Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Azər Əliyev, Ağcabədi rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Vüsalə Məmmədova Xocalı Faciəsi haqqında ətraflı məlumat verərək bildirmişlər ki, Azərbaycan tarixində ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsi zamanı erməni silahlı dəstələri Xocalı şəhərində 613 nəfər dinc əhalini qətlə yetirmiş, meyitləri təhqir etmiş, əsir götürülən vətəndaşlarımızı, zülm və təhqirlərə məruz qoymuşlar. Natiqlər daha sonra bildirmişlər ki, Xocalıda baş vermiş qanlı hadisələr haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə ilk dəfə olaraq Heydər Əliyev fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildə “Xocalıya ədalət” komponiyası başladılmış və bu kampaniya çərçivəsində,müasir vasitələrindən istifadə etməklə Xocalı həqiqətlərini geniş coğrafiyada beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar sayəsində Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. Çıxışlarda həmçinin, Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.

Sonda Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş olundu.