Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ağcabədi rayonunda ümumrayon Anım tədbiri keçirilmişdir.

26.02.2018

26 Fevral – Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Ağcabədi rayonunda ümumrayon Anım tədbiri keçirilmişdir. Təbir iştirakçıları ilk əvvəl Heydər Əliyev Meydanından Şəhidlər Xiyabanına qədər yürüş keçirmişlər. Yürüşdə Ağcabədi rayon İcra Hakimiyyəti kollektivi, idarə, müəssisə, təşkilatlar, orta məktəblər, Ağcabədi Pedaqoji Kolleci, Ağzərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbə kollektivləri iştirak etmişlər. Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman oğullarımızın məzarları ziyarət edilmiş, onların ruhuna dualar oxunmuşdur. Yürüşdə 7.000 nəfər insan iştirak etmişdir. Daha sonra tədbir Yaqub Məmmədov adına rayon Mədəniyyət Mərkəzində davam etmişdir. Mədəniyyət Mərkəzinin həyətində və foyesində Xocalı soyqırımı dəhşətlərinin özündə cəm etmiş rəsm əsərləri nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva 1992-cil, fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin 366-cı motoataıcı alayın köməkliyi ilə Xocalıda dünyada misli görünməmiş soyqırım törətdiklərini, insanlığa, heç bir qanuna sığmayan  vəhşiyi və bu vəhşiliyin acı və ağır nəticələri haqda məruzə ilə çıxış etmişdir. Daha sonra çıxış edən “N” saylı hərbi hissənin əsgəri Məzahir Əbilov da xalqımızın başına gətirilmiş bu qanlı faciədən söz açmış, bir Azərbaycan əsgəri olaraq daim qisas və intiqam hissi ilə yaşadığını bildirmişdir.  Çıxışlar bitən kimi tədbirin bədii hissəsi başlamışdır. İlk olaraq Xocalı faciəsi dəhşətlətini özündə əks etdirən kiçikhəcmli film-slayd nümayiş olunmuşdur. Daha sonra Ağcabədi Pedaqoji Kollecin tələbələri və Heydər Əliyev Mərkəzinin “Bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə “Bu dağların qoynunda yaşıl bir kənd varıydı” adlı musiqili ədəbi-bədii şeir kompozisiyası təqdim olunmuşdur. Ədəbi-bədii şeir kompozisiyası tamaşaçılar tərəfindən olduqca rəğbətlə qarşılanmışdır. Daha sonra səhnəyə “N” saylı hərbi hissənin yaradıcı əsgərləri daxil olmuşlar. Onlar ilk öncə “Ana, mən şəhid oldum”, daha sonra isə “Cənab leytenant” mahnısını ifa etmişlər. Bədii qiraət kursunun üzvü Aytac Hümbətova səhnəyə Azərbaycanın Dövlət Bayrağını gətirmiş və onu Azərbaycan Əsgərinə təqfim etmişdir. Qiraətçinin ifasında “Uvertura” sədaları altında “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri səslənmişdir. İfa sona yetən kimi film-slayd vasitəsilə Müstəqil  və müasir Azərbaycan Ordusu və Ordumuzun gücünü, qüdrətini göstərən film nümayiş edilmişdir. Tədbirdə 350 nəfər iştirak etmişdir.