Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

26.02.2018-ci il tarixində Ağdam rayon MKS-inin Mərkəzi kitabxanasının Xidmət şöbəsində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım günü keçirildi.

26.02.2018

Tədbirdə öncə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü  ilə açan MKS-nin direktoru  Sevda Hüseynova bildirdi ki, tarix boyu vətəndaşlarımıza qarşı dəfələrlə cinayətlər törədən ermənilər XX əsrin sonlarında növbəti bəşəri tarixi cinayəti -Xocalı soyqırımını törətdilər. Mənfur düşmən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək dinc sakinləri amansız vəhşiliklə qətlə yetirdilər. Faciə ilə əlaqədar MKS-in Üçoğlan, Quzanlı , II Əhmədağalı, Əhmədavar, I Çəmənli,Mərzili kənd kitabxana filiallarında anım mərasimləri keçirildi.