Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

28 Fevral, 2018-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbiri keçirilmişdir

28.02.2018

28 Fevral, 2018-ci il tarixdə Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi rəhbərliyi və kollektivinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Rza Nizami Fərzalı oğlu qədim və zəngin dövlətçilik ənənələrinə sadiq olan xalqımızın o vaxtkı azadlıq eşindən, müstəqillik və azadlıq mübarizəsindən geniş söz açmışdır. Çıxış edənlərdən Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Azər Əliyev, Ağcabədi Mədəniyyət Mərkəzinin direktoru Məzahir Mehtiyev, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva, kitabxananın direktor müavini Təranə Məmmədova da ilk müstəqillik günlərini yaşayan xalqımızın başına gətirilən müsibətlərdən, həm daxili, həm xarici düşmənlərimiz tərəfindən daim təzyiqlərə məruz qalan Azərbaycanımızın ağır, məşəqqətli günlər yaşadığını vurğulamışlar. Çıxışlar ətrafında Ağcabədi Mədəniyyət Mərkəzinin tabeliyində olan klub filialları və Ağcabədi MKS-in kənd klub filial içiləri də mövzu ilə bağlı öz fikirlərini bölüşmüşlər. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubiley tədbiri ilə bağlı 350 nəfərin iştirakı ilə keçirilən tədbir 2 saat davam etmişdir.