Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi Ağdam rayon üzrə nümayəndəlikdə Qara Qarayevin 100 illik Yubley tədbiri keçrildi.

28.02.2018

28 Fevral 2018-ci il tarixdə Ağdam  Mədəniyyət Mərkəzində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubley tədbiri keçrilmişdir.Tədbir Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağdam rayon üzrə nümayəndəliyinin və Ağdam Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil edilmişdir. Tədbiri Ağdam rayonu üzrə nümayəndə Şahin Qasımov açıq elan edərək bəstəkarın həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Tədbirdə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov İcra nümayəndələri, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev, Ağcabədi Uşaq Musiqi Məktəbinin drektorları, Laçın rayon Mədəniyyət Mərkəzinin drektoru və mədəniyyət işçləri iştirak etmişdir.

   Yubley tədbirində Qiyaslı, Güllücə, Seyidli Uşaq Musiqi Məktəblərinin şagirdlərinin ifasında Qara Qarayevin əsərləri səsləndirildi. Bundan başqa Ağdam Musiqi Kollecinin müəllim və tələbələrin ifasınada dahi bəstəkarın əsərləri ifa edildi, bu da tədbiri dahada rənga rəng etdi.

   Tədbirin sonunda  Ağdam rayon İcra Hakimiyyətini Başçısı çıxış edərək bəstəkar haqqında öz fikirlərini bildirdi və tədbirin yuksək səviyyədə təşkil olunduğu üçün Mədəniyyət işçilərinə öz minnətdarlığını bildirdi.

   Qara Qarayevin 100 illik Yubleyində fəal iştirakına görə bir neçə mədəniyyət işçisi Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi tərəfindən fəxri fərmanlara laiq görüldülər.

https://www.youtube.com/watch?v=PkYomxQm_nc