Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

8 Mart – “Beynəlxalq Qadınlar Bayramı” münasibətilə Ağcabədi rayonunda bayram tədbiri keçirilmişdir

08.03.2018

8 Mart – “Beynəlxalq Qadınlar Bayramı” münasibətilə Ağcabədi rayonunda ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbir “Qızıl Saray” şadlıq evində baş tutmuşdur. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyəti aparatı, rayon ziyalıları və rayonun ictimai-siyasi həyatında 500-ə yaxın qadın iştirak etmişdir. Tədbir Dövlət Himinin səslənməsi ilə başlamışdır. Tədbirdə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının hazırladıqları Ağcabədinin ictimai həyatında xüsusi rolu olmuş qadınlardan bəhs edən 10 dəqiqəlik film-slayd nümayiş olunmuşdur. Filmdən sonra təbrik nitqi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tədbirdə iştirak edən qadınlar, onların timsalında bütün Azərbaycan qadınlarını təbrik etmiş, onlara uzun ömür, can sağlığı, işlərində uğurlar arzu etmişdir. Daha sonra çalışdıqları sahədə fərqləndiklərinə görə bir qrup ziyalı qadın Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və digər qiymətli hədiyyələrlə təltif olunmuşdur. Tədbirin bədii hissəsində Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi Şəhər Uşaq Musiqi Məktəbinin musiqili kollektivi tədbir iştirakçılarına geniş, rəngarəng, əsl bayram abu-havalı musiqili konsert proqramı təqdim etmişdir. Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin “Tikiş” dərnəyinin balacala üzvlərinin ifasında təqdim olunan “Moda” yarışması, oxunan mahnılar, ifa olunan nəğmələr, Üzeyir Hacıbəyli adına Ağcabədi Uşaq İncəsənət məktəbinin rəqs kollektivlərinin ifasında nümayiş olunan baxımlı rəqs nömrələri bayram tədbirinə xüsusi gözəllik qatmışdır. “N” saylı hərbi hissədən bayram tədbirinə dəvət olunmuş yaradıcı əsgərlərin də ifa etdikləri mahnılar bayram tədbiri iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. 8 Mart – “Beynəlxalq Qadınlar Bayramı” münasibətilə keçirilən ümumrayon bayram tədbiri 2 saat davam etmişdir.