Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıbədəlli kənd uşaq musiqi məktəbi Novruz bayramı münasibətilə bayram konserti ilə çıxış etmişdir.

13.03.2018

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayon Hacıbədəlli kənd uşaq musiqi məktəbi13.03.2018-ci il tarixində Novruz bayramı münasibətilə kənd içtimaəti qarşısında geniş bayram konserti ilə çıxış etmişdir.Tədbir Məktəbin binasında baş tutdu.Tədbirdə Kənd bələdiyyə sədri,kənd icra nümayəndəsi  və kəndin ziyalı və digər insanları iştirak etdi. Konsertdə məktəbin müəllimlərinin ifasında gözəl mahnılar səsləndi,daha sonra məktəbin şagirdlərdən ibarət nağara və xalq çalğı alətləri ansamblı,məktəbin şagirdlərdən ibarət bayatı folklor kollektivinin ifasında maraqlı və baxımlı konsert nömrələri tamaşaçılara təqdim edildi.