18.12.2021
18 dekabr 2021-ci il tarixdə Ağdam rayon Alıbəyli kənd tam orta məktəbinin müəllim və şagirdləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Elçin Cəfərov, qonaqlara Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu haqqında məlumat vermiş və onları Ulu Öndərin həyatının müxtəlif illərində çəkilmiş fotoşəkillərlə tanış etmişdir. O bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.Ulu Öndərin 1969-1982-ci və 1993-2003-cü illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır.