21.12.2021
21 dekabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi, Ağdam rayon MKS-nin 5saylı Qaradağlı kənd kitabxanasının əməkdaşlarının, Qaradağlı kənd tam orta məktəbinin ədəbiyyat müəllimələri Şəfəq Məmmədova, Nigar Zeynalova və şagirdlərinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi, filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi Lirikası” adlı tədbir keçirilmişdir. Tədbir Qaradağlı kənd Mədəniyyət evində baş tutmuşdur. Tədbiri giriş sözü ilə Qaradağlı kənd Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva açaraq, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Tədbirin mövzusu ilə bağlı giriş sözü söyləyən Zənurə Mirzəyeva, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi, dahi şəxsiyyət Nizami Gəncəvinin yaradıcılığından danışdı, dünya ölkələrinin mədəni irsi siyahısında Nizami Gəncəvinin əsərlərinin xüsusi yer tutduğunu vurğuladı. Sonra söz, tədbirdə iştirak edən 5saylı M KS-inin kitabxana müdiri İradə Qasımovaya verildi. İradə Qasımova tədbir iştirakçılarını salamlayaraq, dahi Nizami Gəncəvinin yaradıcılığı haqda məlumat verdi. Qaradağlı kənd tam orta məktəbinin ədəbiyyat müəlliməsi Şəfəq Məmmədova, öz çıxışına Nizami Gəncəvinin qəzəlləri ilə başladı. Şəfəq müəllimə tədbir iştirakçılarına Nizami Gəncəvi haqqında geniş məlumat verdi. Məktəbin müəlliməsi Nigar Zeynalova çıxışında şair, filosof Nizami Gəncəvi haqqında öz ürək sözlərini bildirdi. Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında Nizami Gəncəvi qəzəlləri söylənildi.