Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi

22.12.2021

 22 dekabr 2021-ci il tarixdə Ağdam rayon Həsənxanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı Mərkəzin əməkdaşı Elçin Cəfərov, qonaqlara  Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu haqqında məlumat vermiş və onları Ulu Öndərin həyatının müxtəlif illərində çəkilmiş fotoşəkillərlə tanış etmişdir. O bildirmişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazanmış olmasına baxmayaraq, bu müstəqilliyi itirmək təhlükəsi ilə üzləşmişdi. Yeni müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub-saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı.

 

100.2 KB

 

89.1 KB

 

102.3 KB

 

83.5 KB