Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

19 Mart, 2018-ci il tarixdə Ağcabədi rayonunda Novruz bayramı münasibətilə el şənliyi keçirilmişdir

19.03.2018

19 Mart, 2018-ci il tarixdə Ağcabədi rayonunda Novruz bayramı münasibətilə təntənəli, ümumrayon el şənliyi keçirilmişdir. Bayram tədbiri Ağcabədi Mərkəzi Futbol Stadionunda baş tutmuşdur. Novruz bayramı tədbirində Ağcabədi rayon ictimaiyyəti, idarə, təşkilat, eləcə də Ağcabədi Regional Mədəniyyət və Turiz İdarəsi kollektivi, hebələ, rayon ərazisində yerləşən hərbi hissələrdən tədbirə dəvət olunmuş əsgər və zabit heyəti yaxından iştirak etmişdir. Bayram tədbirində milliliyi və milli mənəvi dəyərləri əks etdirən eksponatlar sərgisi təşkil olunmuş, tədbirin keçirildiyi məkanda sac üstə yuxalar, kətələr, şirniyyatlar və milli mətbəximizə mənsub olan ləziz təamlar hazırlanmış, samovarlar qaynadılmışdır. Tədbiri təbrik nitqi ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov ağcabədililər Bahar bayramı münasibətilə ürəkdən təbrik etmiş, onlara uzun ömür, möhkəm can sağlığı arzulamışdır.  Faytonda meydana daxil olan Dədə Qorqud və Bahar qız tədbir iştirakçılarını salamlamış, hər kəsin Novruz bayramını təbrik etmişlər. Daha sonra cəngavərlər məşəllə Novruz tonqalını alovlandırmışlar. Meydana daxil olan Ağcabədi Gənclər və İdman İdarəsinin tabeliyində olan “Karate-do” və “Taekvando” idman növü üzrə gənc idmançılar “Cəngi” sədaları altında öz məharətlərini göstərmişlər. Üzeyir Hacəbəyov adına Ağcabədi Uşaq İncəsənət məktəbinin musiqili kollektivinin ifasında təqdim olunan bahar təravətli, Novruz ətirli rəngarəng, məzmunlu konsert proqramı tamaşaçılar tərəfindən xüsusi alqışlarla qarşılanmışdır. Tədbirə dəvət olunmuş kəndirbazlar və pəhləvanların nümayiş etdirdikləri nömrələr isə tədbirə əlavə rəng qatımşdır. Novruz personajları olan Kosa və keçəlin məzəli, əyləncəli oyunları, həmçinin qızlardan ibarət Folklor klubunun ifasında təqdim olunan bədii proqram maraqla qarşılanmışdır. Ağcabədi Mədəniyyət Mərkəzi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Şəhər Uşaq Musiqi məktəbinin müğənnilərinin musiqili bədii-hissədə oxuduqları şən mahnılar, nəğmələr, Uşaq İncəsənət məktəbinin birləşmiş rəqs kollektivlərinin ifasında təqdim olunan rəqs nömrələri bayram tədbirinə əlavə gözəllik qatmışdır. Sonda bütün tədbir iştirakçıları tonqal ətrafında birlik rəmzi olan “Yallı” oynamışlar. Bayram tədbirində 7.000 sakin iştirak etmişdir. Novruz tədbiri 2 saat davam etmişdir.