Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon mədəniyyət müəssisələrində silsilə novruz tədbirləri

21.03.2018

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi və onun tabeliyində olan mədəniyyət müəssisələri və klub fililalları, eləcə də Ağcabədi MKS, və MKS-nin kənd kitabxana filialları mart ayının 10-dan etibarən müəyyən olunmuş tədbirlər planı əsasında Novruz bayramı münasibətilə silsilə el şənlikləri, bayram tədbirləri keçirmişlər. Belə ki, Ağcabədi Mədəniyyət Mərkəzinin tabeliyində olan Hacıbədəlli Folklor klubu, Muğanlı Xalq Sənətkarlıq evi, Hüsülü kənd Sənətkarlıq evi, Hindarx qəsəbə 2 saylı və 1 saylı Xalq Yaradıcılıq klubları,Sarıcalı kənd klubu , eləcə də digər klub klub filialları Bahar bayramı münasibətilə həm kəndlərdə, eləcə də rayon ərazisində yerləşən hərbi hissələrdə geniş, baxımlı Novruz bayramı tədbirləri keçirmişlər.  Tədbirlərdə milli-mənəvi dəyərləri əsk etdirən qədim dulusçuluq nümunələri, eləcə də folklor dəyərlərimizi özündə əks etdirən nümunələr, sərgilər təşkil olunaraq nümayiş etdirilmişdir. Bayram tədbirlərində Novruz tonqalları çatılmış, Novruz personajları olan Kosa-Keçəl məzəyli, əyləncəli oyunları ilə tədbirə xüsusi rəng qatmışlar.