Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

20 mart 2018-ci il tarixdə Ağcabədi rayonu Hacıbədəlli kənd uşaq musiqi məktəbi N saylı hərbi hissədə bayram konserti təşkil etdi

20.03.2018

20 mart 2018-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Ağcabədi rayonu üzrə Hacıbədəlli kənd uşaq musiqi məktəbinin kollektivi əsgər və zabitlərin döyüş ruhunun artırılması və baharın gəlişi münasibəti ilə N saylı hərbi hissədə bayram konserti təşkil etdi.Tədbirdə məktəbin müəllimlərindən ibarət musiqiçi kollektivi və şagirdlərdən təşkil olunmuş folklor qrupu iştirak elədi.Tədbirdə məktəblə yanaşı Bakı şəhərindən təşrif buyurmuş hərbi musiqi kollektivi də iştirak elədi.Tədbir 2 saatdan artıq davam etdi. Hacıbədəlli kənd uşaq musiqi məktəbinin folklor qrupu qədim  adət ənənələri davam etdirərək baharın gəlişini tərənnüm edən folklorlar, kosa-keçəl və digər maraqlı folklor nümunələri təşkil etdi