Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirildi

30.03.2018

30 Mart, 2018-ci il tarixdə Ağcabədi rayonunda Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirmişdir. Tədbirdə Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Heydər Əliyev Mərkəzi, Şəhər və kənd Uşaq Musiqi məktəbləri, Ağcabədi Mədəniyyət Mərkəzi və klub filialları, Ağcabədi Dövlət Rəsm Qalereyası, Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin kollektivləri iştirak etmişdir. Tədbir Üzeyir Hacıbəyli adına Ağcabəsi Şəhər Uşaq İncəsənət Məktəbində baş tutmuşdur. Tədbiri giriş sözü ilə açan Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Rza Quluyev qeyd etmişdir ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırım da tarixin açılmamış səhifələrindən biridir. 1813 və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Soyqırım Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.  Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir – deyə natiq bunları da öz çıxışında vurğulamışdır. Daha sonra  çıxış edənlər – Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Azər Əliyev, Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva, Ağcabədi Dövlət Rəsm Qalereyasının əməkdaşı Şəki Əliyeva, Ağcabedi Şeher Uşaq Musiqi mektebinin direktori Asif Xelilov, Tarix Diyarşünasliq Muzeyinin direktoru Sadiq Eliyev, Uşaq İncesenet mektedinin müellimi Günel Kerimova da ermənilərin tarixən xalqımızın başına gətirdikləri soyqırım siyasətindən, azərbaycanlıların kütləvi şəkildə məhv olunması tarixi prosseslərindən ətraflı söhbət açmışlar. Daha sonra Heydər Əliyev Mərkəzinin “bədii qiraət” kursunun üzvlərinin iştirakı ilə “Vətənimiz – bayrağımız – Müstəqilliyimiz” adlı ədəbi-bədii şeir kompozisiyası nümayiş olunmuşdur. Sonda Soyqırım tariximizi əks etdirən film-slayd nümayiş olunmuşdur.31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir 2 saat davam etmişdir