Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda ”31 mart – azərbaycanlıların Soyqırımı Günü” münasibətilə ümumrayon tədbiri keçirilmişdir.

31.03.2018

31 mart, 2018-ci il tarixində Ağcabədi rayonunda "31 mart – azərbaycanlıların Soyqırımı Günü" münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Anım tədbiri "Şəhidlər Xiyabanında keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi ve icra aparatı, müəssisə, təşkilat kollektivləri, orta məktəblər, Agcabədi Pedaqoji Kollecin tələbə heyəti, "N" saylı hərbi hissənin əsgər və zabit heyəti, eləcə də Agcabədi Regional Mədəniyyət ve Turizm İdarəsi ve Regional idarənin tabeliyində olan Şəhər və kənd Uşaq Musiqi məktəbləri, Agcabədi Mədəniyyət Mərkəzi ve onun mədəniyyət müəssisələri və kənd klub filialları, Ağcabədi Mərkəzi Kitabxana Sistemi və tabeliyində olan kənd klub filialları iştirak etmişlər. Anım tədbiri Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlamışdır. Daha sonra soyqırım nəticəsində dünyasını dəyişmiş bütün fədailərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov tarixən, zaman-zaman ermənilər tərəfindən xalqımızın başına gətirilmiş olmazın müsibətlərindən, Azərbaycan dövletinə qarşı yönəlmiş genosid-soyqırım siyasətindən ətraflı danışmışdır. Natiq Soyqırım qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün həmvətənlərimizin ruhuna Allahdan rəhmət diləmişdir. Daha sonra Soyqırım qurbanlarının ruhuna dualar oxunmuşdur. Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin "Bədii qiraət" kursunun üzvlərinin iştirakı ilə " Azərbaycanımız - Bayrağımız – Müstəqilliyimiz" adlı ədəbi-bədii musiqili şeir kompozisiyası təqdim olunmuşdur. "31 Mart - Azerbaycanlıların Soyqırımı Günü" münasibətilə keçirilən ümurayon Anım tədbirinde 5.000 insan iştirak etmişdir.