Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel şəhidi Dilsuz Qarayevin Anım Günü ilə əlaqədar ”Şəhidlər ölməz, şəhidlər unudulmaz” adlı tədbir

04.04.2018

Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin Ağcabədi rayonunu əhatə edən Hindarx qəsəbə kulubları  və  kitabxanasının birlikdə keçirdiyi aprel şəhidi Dilsuz  Qarayevin Anım Günü ilə əlaqədar "Şəhidlər  ölməz, şəhidlər  unudulmaz" adlı tədbir keçirib.Tədbir Hindarx qəsəbə  1 saylı kulubunda  keçirildi. Şəhidin xatiresinə həsr olunmuş  foto sərgilərə baxıldı. Tədbirdə qəsəbə icra  nümayəndəsi çıxış edərək bir zəhmətkeş ananın onu necə böyütməsindən ve şəhid Dilsuzun qəhramanlığından  danışdı. Sonra isə məktəb şagirdləri "Azərbaycan bayrağı" şerini söylədilər.Daha sonra isə Mədəniyyət  işçiləri qəsəbə  nümayəndəliyi və şəhidin yaxınları ilə birlikdə şəhidin qəbrini ziyarət edib üstünə qərənfillər qoydular ve son olaraq şəhidin ruhu bir dəqiqəlik sükutla yad edildi ve ruhuna fatihə surəsi oxundu.