31.01.2022
31 Yanvar 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzinin, Xındırıstan kənd Mədəniyyət evinin, Xındırıstan kənd klubunun, Novruzlu kənd klubunun və MKS-nin 37 saylı Əlimədədli kənd kitabxanasının birgə təşkiltatçılığı ilə 02 Fevral Azərbaycan Gəncləri günü münasibətilə "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirildi. Öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov, Ağdam rayon Xındırıstan kənd Mədəniyyət evinin müdiri Hamlet Abbasov və təşkilatçısı Nazilə Əkbərova, Ağdam rayon Novruzlu kənd klubunun müdiri Zahidə Rüstəmova, Ağdam rayon Xındırıstan kənd klubunun müdiri Səmurə İmanova və MKS-nin 37 saylı Əlimədədli kənd kitabxanasının müdiri Hafizə Əsgərova çıxış edərək bildirdilər ki, Bu gün hər kəsə məlumdur ki, 02 Feval günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu. 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il 02 Fevral tarixində, məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə, Prezident sərəncamı ilə 02 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən, intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bu günkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin iqtisadi-siyasi yüksəlişini, gənclərə olan diqqət və qayğını dərin ehtiram hissi ilə xatırlayır.
Tədbirin sonunda tədbir iştirakçılarının iştirakı ilə Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edildi.