01.02.2022
01 Fevral 2022-ci il tarixdə Ağcabədi Regional Mədədniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Mərkəzi kitabxanasında Oxuculara Xidmət şöbəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclər gününə həsr olunmuş "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirildi. İlk öncə Azərbaycan müstəqilliyi uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət Himni səsləndirildi.Çıxış edənlər Ağcabədi rayon MKS-nin ditektor müavini T. Məmmədova, Oxuculara Xidmət şöbəsinin müdürü İ.Musayeva, Kitabxanaçı F.Həsənova 44 günlük Vətən Müharibəsi zamanı gənclərimizin göstərdiyi qəhrəmanlıqdan, ölkə hüdudlarından kənarda siyasi-elmi fəaliyyətləri ilə gənclərimizin tutduqları yüksək mövqedən, əmək fəaliyyəti ilə məşqul olan gənclərimiz haqqında geniş məlumat verdilər. Həmçinin ölkəmizin inkişafı naminə təhsildə, idmanda, səhiyyədə və s. sahələrdə çalışan gənclərimizin məsuliyyətindən ətraflı danışdılar.Tədbirdə kitabxana əməkdaşlarının gənclər haqqında hazırladıqları video-çarx nümayiş olundu.Sonda Gənclər gününə həsr olunmuş geniş sərgiyə baxış keçirildi.