Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Tarix-Diyarşünaslıq Muzeyi ”Qarabağın xilaskar gəncləri” adlı onlayn tədbir keçirilib

02.02.2022

02 fevral 2022-сi il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyi, Laçın rayon Mədəniyyət Mərkəzinin-Malıbəy kənd mədəniyyət evi, Aşağı Fərəcan kənd klubu və Mığıdərə kənd klubunun rəhbərlərinin, Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşlarının iştirakı ilə  2 fevral-"Gənclər Günü" münasibəti ilə "Qarabağın xilaskar gəncləri” adlı onlayn tədbir keçirilib. İlk öncə Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların  ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin  direktoru Türkanə Nuruyeva açaraq bildirdi ki, Ulu öndərimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının bir təzahürü kimi fevral ayının 2-i respublikamızda Azərbaycan Gəncləri günü elan olunmuşdur. 1997-ci ildən bəri hər il fevral ayının 2-si respublikamızın gəncləri bu günü qeyd edirlər. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmağa başlanmış, dünyada isə yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si Ümumdünya Gənclər günü  kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün öz fəaliyyətində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. 2007-ci ilin «Gənclər ili» elan edilməsi ölkə tarixində əlamətdar bir hadisə olmuşdur. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunmuş, Gənclər Fondu yaradılmışdır. Daha sonra "Gənclər günü" həsr olunmuş videoçarx nümayiş olunub.  Çıxış üçün söz Laçın rayon Malıbəy kənd Mədəniyyət evinin direktoru, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Yaqubzadə Yaqub Eldəniz oğlunun bibisi Elyana Məmmədovaya verilib. O çıxış edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan gənclərinin yüksək intellektli və vətənpərvər olduqlarının biz bir daha şahidi olduq. 44 günlük Vətən müharibəsində canından keçmiş  şəhidlərimiz, sağlamlıqlarını itirmiş qazilərimizin hamısı gənclərdirlər. Onlar bir daha sübut etdilər ki, Vətən, dövlət, xalq etibarlı əllərdə, şərəfli bir gəncliyin mühafizəsi altındadır. Gənc yaşlarında şəhidlik zirvəsinə ucalmış gənclərimizin ruhu qarşısında baş əyir, qazilərimizə isə şəfa diləyirəm.Daha sonra Laçın rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Narıngül Quliyeva, Xidmət şöbəsinin müdiri İlqarə Xıdırova, Mazutu kənd kitabxanasının əməkdaşı Gülnar Verdiyeva, Aşağı Fərəcan kənd klubunun müdiri Solmaz Nuruyeva, Mığıdərə kənd klubunun müdiri Günel Nəsirova, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Səyarə Mirzəyeva çıxış edərək, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən, dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb, 2 fevral- Gənclər Günü münasibəti ilə gəncləri təbrik edib və onlara gələcək işlərində uğurlar arzuladılar.

 

 

 

 

88.6 KB

 

109.7 KB

 

80.5 KB

 

67.3 KB

 

74 KB

 

63 KB