Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Dövlət Film Fondunda”Əbədiyyət yolu” filmi nümayiş etdirilib

03.02.2022

Azərbaycan  Dövlət Film Fondunda, Azərbaycan kinorejissoru və ssenaristi, əməkdar incəsənət xadimi Cahangir Zeynallının 1987-ci ildə çəkdiyi "Əbədiyyət yolu" filmi nümayiş etdirilib. İlk öncə tədbir Rahib Məmmədovun və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Film Gürcüstan torpağında təbii fəlakət zamanı öz həyatı bahasına yerli əhalini ölümün pəncəsindən xilas edən azərbaycanlı əsgər Rahib Məmmədovun göstərdiyi hünərdən bəhs edir. Xatırladaq ki, Rahib Məmmədov Sovet Ordusunda xidmət etdiyi zaman 1987-ci ilin fevral ayının 2-də Gürcüstan respublikasının Xobi rayonunun Çaladidi kəndində baş verən təbii fəlakət zamanı xidməti tabeliyində olan zirehli döyüş maşınıyla 28 nəfəri ölümdən xilas edib və qəhrəmancasına həlak olub."Əbədiyyət yolu" filmi onun həlak olmasının ildönümü münasibətilə yenidən nümayiş etdirilib.Sənət əsərinin ssenari müəllifi və rejissoru Cahangir Zeynallı, operatoru Tofiq Sultanov və Azər Salayev, bəstəkarı Firəngiz Əlizadə, səs operatoru Marat İsgəndərovdur. Tədbirdə çıxış edən Azərbaycan Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyev, kinorejissor Cahangir Zeynallı, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənov,  Xocalı soyqırımının tanıtma lahiyəsinin rəhbəri və 1-ci Qarabağ müharibəsi qazisi Şamil Sabiroğlu, Ağdam rayon İcra Hakimiyyətinin məsləhətçisi Elxan Mahmudov, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru və qəhrəmanın qardaşı Sahib Məmmədov  Rahib Məmmədovun qəhrəmanlığı haqda  və onun bu şücaətinin Azərbaycan və Gürcüstan xalqları arasında qədim dostluq bağlarının daha da möhkəmlənməsində mühüm rol oynadığını, Rahib Məmmədov qəhrəmanlığının gənclərimizə bir örnək olduğunu bildirdilər. Qəhrəmana həsr edilmiş filmin gənclər arasında tez-tez yayımlanması onların vətənpərvərlik ruhunda tərbiyə mövzusunda bir vasitədir. Tədbir iştirakçıları  çıxışlarında Azərbaycan Dövlət Film fondunun direktoru Cəmil Quliyevə və kinorejissor Cahangir Zeynallıya minnətdarlıqlarını bildiriblər.

 

21 KB

 

22.3 KB

 

22.1 KB

 

120.6 KB

 

41.6 KB

 

38.9 KB

 

48.5 KB

 

44.6 KB

 

42.5 KB

 

27.1 KB

 

29.5 KB

 

29.8 KB

 

38.4 KB

 

25.8 KB