04.02.2022
04 Fevral 2022–ci il tarixdə Ağdam rayon 85 saylı köçkün tam orta məktəbinin müəllim və şagirdləri Ağdam rayon Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. Ağdam rayon Heydər Əliyev Mərkəzinin bələdçisi Yunis İbrahimov, ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfərlərini əks etdirən fotoşəkillər və 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarixi abidələr haqqında məlumat vermişdir.