Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Mədəniyyət işçiləri Şəhid Elvar Qasımovun ailəsini ziyarət ediblər

07.02.2022

7 Fevral 2022-ci il  tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən MKS-nin 43 saylı Baş Qərvənd kitabxanası və Ağdam rayon Yusifcanlı kənd Mədəniyyət evi, Ağdam rayon Qasımbəyli qəsəbə köçkün tam orta məktəbi ilə birlikdə Şəhid Elvar Qasımovun  mövlud günü ilə əlaqədar tədbir təşkil edilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlər xiyabanını ziyarət etmişlər. Sonra şagirdlər şəhidin əziz xatirəsinə həsr etdikləri şerləri söylədilər. Sonra Fərrux Rüstəmov, Alim Cəfərov, Rahim Quluyev, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon üzrə böyük mühasib Yusif  Bayramov, Mədəniyyət işçiləri həmkarlar ittifaqının komitə sədri Cahangir Talıbov və Heydər Əliyev Mərkəzinin direktoru Namiq Həsənovla  birlikdə şəhidin ailəsini ziyarət etdilər. Görüş zamanı şəhidimizin şərəfli ömür yolundan və 44 günlük vətən müharibəsi zamanı göstərdiyi igidlikdən söhbət açdılar. Sonda şəhidimizin ailəsilə xatirə şəkili çəkdirdilər.

 

 Allah cəmi şəhidlərimizə rəhmət eləsin.

 

189.6 KB

 

199.8 KB

 

163.4 KB

 

267.9 KB

 

127.1 KB

 

156.6 KB