08.02.2022
8 fevral 2022-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Əliağalı kənd Mədəniyyət evinin kollektivi Ağdam rayon 68 saylı tam orta məktəbinin XI- ci sinif şagirdlərinə Cənab Prezident İlham Əliyevin yanvarın 5-də Azərbaycan Respubilkasında 2022-ci ili"Şuşa İli" elan edilməsi haqqında imzaladığı Sərancamının təbliği ilə əlaqədar olaraq" Milli kimliyimizin təqdimatı" adlı tədbir keçirmişdir. Tədbirdə ilk olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Əliağalı Mədəniyyət evinin mədəni-təşkilatçısı Aynurə Cəfərova çıxış edərək, Qarabağın tacı olan Şuşanın Azərbaycan xalqı üçün müqəddəs və əziz olduğunu, Şuşa sevgisinin hər bir Azərbaycanlının mənəvi varlığının ayrılmaz parçası olduğunu, tarixi şəhərimiz və mədəni təbliğat vasitəsi olduğunu bildirmişdi. Və Cənab Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq, 2022-ci ili Azərbaycan Respubilkasında "Şuşa İli" elan etdiyini vurğuladı. Daha sonra Aynurə müəllimə Şuşanın tarixi haqqında, zəngin inkişaf yolu haqqında, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynadığını, XVIII əsrin ikinci yarısının Şuşa şəhərinin tarixinin şanlı səhfəsindən və eləcədə Şuşanın dirçəlməsi Ulu Öndər Heydər Əliyevin 1969- cu ildə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra mümkün olduğunu, sürətlə inkişafı hətta Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladı.Daha sonra Əliağalı Mədəniyyət evinin metodisti Reyhan Əliyeva çıxış edərək starateji mövqeyi ilə seçilən Şuşa şəhərinin Ermənilər tərəfindən 1992- ci il mayın 8-də işğal edilməsi və işğal nəticəsində tarixi, mədəniyyət abidələrimizin vandalizim aktına məruz qaldığını vurğuladı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun şücaəti nəticəsində 2020-ci il noyabırın 8-də işğaldan azad edildiyini vurğuladı. Və işğaldan azad olunduqdan sonra Cənab Prezdentimiz ilk olaraq Şuşanı Mədəniyyət Paytaxtı elan etmişdir. Cıdır düzündə " Xarı Bülbül" musiqi festivalının keçirilməsi və Vaqifin məqbərəsi önündə Vaqifin poeziya günlərinin təşkili ənənəsinin bərpası göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.