16.02.2022
16 Fevral 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərdən şəhid Qeys Əliyev adına Üçoğlan kənd Mədəniyyət evi və MKS-nin 6 № li Səfərli kənd kitabxanasının birgə təşkilatçılığı ilə Ağdam rayon Bəxtiyar Musayev adına Üçoğlan kənd tam orta məktəbində"Ölməz qəhramanlar"adlı tədbir keçirib.
Öncə torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ağdam rayon Üçoğlan kənd Mədəniyyət evinin müdiri Sevda Cəfərova və MKS-nin 6 № li Üçoğlan kənd kitabxanasının müdiri Sayad Hətəmova vətən müharibəsində şəhid olmuş Samir Fərzəliyevin keçdiyi şərəfli ömür yolundan söhbət açdılar.
Fərzəliyev Zamir Vaqif oğlu 1996-cı ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. İkincı Qarabağ müharibəsi başlayan gündən döyüşlərə qatılır və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Samir Fərzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tədbirin sonunda üçoğlan kənd tam orta məktəbin VI sinif şagirdləri Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş şeirlər söylədilər.