16.02.2022
16 Fevral 2022- ci il tarixində Ağdam rayon 96 saylı köçkün tam orta məktəbin müəllim və şagirdləri Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzini ekskursiya edib. Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərov müəllim və şagirdlərə Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolunu əks etdirən fotoşəkillər, sənədlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ağdam rayonuna səfərlərini əks etdirən fotoşəkillər haqqında məlumat verdi.