Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzində”Qisasın alındı, Xocalı”adlı anım tədbiri keçirilib

18.02.2022

18 Fevral 2022-ci il tarixdə Ağcabədi  Regional  Mədəniyyət  İdarəsi  Ağdam  rayon  Heydər  Əliyev  Mərkəzinin, Xındırıstan kənd  Mədəniyyət  evinin, Novruzlu  kənd  klubunun, Xındırıstan  kənd  klubunun və Ağdam rayon MKS-nin 37 saylı Əlimədədli  kənd  kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümünə  həsr edilmiş "Qisasın alındı,  Xocalı"adlı anım tədbiri  keçirildi. Öncə  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda həlak  olmuş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xındırıstan kənd Mədəniyyət  evinin  müdiri  Hamlet  Abbasov və təşkilatçı Sona Hüseynova, Novruzlu  kənd  klubunun  müdiri Zahidə  Rüstəmova, Xındırıstan  kənd  klubunun  müdiri Səmurə  İmanova və Ağdam  rayon MKS-nin 37 saylı Əlimədədli  kənd  kitabxanasının müdiri Hafizə  Əsgərova çıxış edərək, tədbir  iştirakçılarına Xocalı faciəsi haqqında geniş məlumat verdilər.Tədbirin sonunda  Ağdam  rayon 2 saylı köçkün  tam  orta  məktəbin  şagirdləri  Hüseynli  Ləman, Allahyarova  Fidan,  Allahyarova  Ləman, Məmmədova  Xədicə və Evoğlu  kənd  tam orta  məktəbin  şagirdi Məmmədzadə  Validə Xocalı faciəsinə  həsr  olunmuş  şeirlər  söylədilər.

 

 

 

 

 

 

40.3 KB

 

42.8 KB

 

35 KB

 

46 KB

 

39.3 KB

 

36.1 KB

 

41 KB

 

35.8 KB

 

34.4 KB

 

35.5 KB

 

30.2 KB

 

38.3 KB

 

41.5 KB

 

32.2 KB

 

38.2 KB

 

33 KB