22.02.2022
22 Fevral 2022- ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları və fəal oxucularının iştirakı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş"xx əsrin Xocalı faciəsi" mövzusunda onlayn tədbir keçirilib. Öncə ölkəmizin ərazisinin bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süjutla yad edildi.Tədbiri Ağcabədi rayon MKS-nin direktoru Məhəbbət Əliyeva açaraq Xocalı faciəsi haqqında ətraflı məlumat vermiş.Direktor müavini Təranə Məmmədova, I №-li Hindarx qəsəbə kitabxana filialının əməkdaşı Vəsilə Məmmədova, Poladlı kənd kitabxana filialının əməkdaşı Şəfəq Əliyeva və Aran kənd kitabxana filialının əməkdaşı Mahirə Məmmədova Xocalı faciəsi haqqında geniş söhbət açmışlar.Tədbirdə iştirak edən məktəbli şagirdlər Xocalı Faciəsinə həsr edilmiş şerlər söyləmişlər.