Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi MKS-nin əməkdaşları Xocalı sakininin ailəsini ziyarət edib

23.02.2022

  23 Fevral 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin  əməkdaşları Xocalı sakini- Məmmədova Elmira Hüseyin qızını ziyarət etdilər. Məmmədova Elmira Hüseyin qızı Xocalı faciəsini yaşamış şahitlərdəndir.Məmmədova Elmira şahid kimi 25-26 fevral 1992 ci il tarixdə Xocalıda baş verən "Əsrin  faciəsi-Xocalı faciəsi" haqqında ürək yanğısı ilə danışdı. Həyat yoldaşı Məmmədov Pəncalı Məhəmməd oğlu , bacısı Ələkbərova Nailə Hüseyin qızı, qardaşları: Səlimov Faiq Hüseyin oğlu, Səlimov Fərhad həmin gecə necə fəlakətli şəkildə azad olduqların göz yaşları ilə söylədi. Hal-hazırda taleyindən xəbər olunmayan anası və bacısı haqqında ürək yanğısı ilə danışdı. Həmin gecə Xocalıların fəlakətli həyatından xeyli sayda epizotlar söylədi. Xocalı intiqamı ilə böyüyən nəvəsi  Məmmədov Sahil Ədalət oğlu 44 günlük Vətən müharibəsində erməni qəsbkarlarına qarşı qəhrəmanlıqla döyüşərək, Xocalıların intiqamını alaraq, 2020 -ci il 25 oktbyabr tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüş vaxtı qəhrəmancasına Şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

130.4 KB

 

126 KB