Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Heydər Əliyev Mərkəzinin HEYDƏR ƏLİYEV-95 illiyi münasibəti ilə tədbir keçirib

07.05.2018

HEYDƏR ƏLİYEV-95 Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində,  daxili və xarici siyasətin xalqın mənafeyinə uyğun qurulmasında,  iqtisadi, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində,  milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində göstərdiyi böyük xidmətlər ulu öndər Heydər Əliyevə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır. Onun mənalı həyatı və zəngin irsi gələcək nəsillərimizə örnəkdir. Azərbaycan xalqının ümummilli lideri HeydərƏliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Ağdam rayon Heydər Əliyev Mərkəzininə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı 05 May2018-ci il tarixində Ağdam rayon  Alıbəyli-1 qəsəbə tam orta məktəbinin müəllim və şagirdləri Ağdam Heydər Əliyev Mərkəzində olmuşlar. Ağdam Heydər Əliyev Mərkəzinin bələdçisi Məhbubə Hüseyinova ekskursiyaya gələn müəllim və şagirdlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin ömür yolunu əks etdirən fotoşəkillər və sənədlər haqqında məlumat vermişdir.