24.02.2022
24.02.2022-ci ildə Ağcabədi Regional Mədəniyyət idarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeçiliyində olan Mərzili kənd Mədəniyyət evində Şıxbabalı kənd kitabxanası və 51saylı Ağdam tam köçkün məktəbinin iştirakı ilə "Xocalı soyqırımını unutmayaq"adlı tədbir keçirildi. Tədbiri Mərzili kənd Mədəniyyət evinin müdiri Lətifə Yusifova açaraq ilk növbədə şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad olunmasını söylədi.Sonra o Xocalı soyqırımının dəhşətlərindən danışaraq yerli əhaliyə olunan qəddarlığı xatırlatdı. Xocalı faciəsi 1992-ci il Fevralın 25dən 26-na keçən gecə Rusiya ordusunun 366cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə baş verdi.Xocalı faciəsi dünyada tayı-bərabəri olmayan bir dəhşətli teror hadisəsi olmaqla Azərbaycan xalqının yaddaşından silinməməlidir-deyə Yusifova bildirdi. Sonra şagirdlər Xocalı ilə bağlı şeirlər söylədilər. Tədbirdə məktəblilər Xocalının tarixi ilə məlumatlandırıldılar və Xocalıya aid kitablarla tanış oldular.