24.02.2022
24 fevral 2022-ci il tarixdə Xocalı Soyqırımının 30-cu ildönümü ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Laçın, Şuşa rayon Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirakı ilə faciə qurbanlarının xatirəsinə Bakı şəhərinin Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsinə ziyarət təşkil olunmuşdur. Xocalı Soyqırımı abidəsinin önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi ehtiramla yad edildi. Muzeyin əməkdaşı, Xocalı sakini Təranə Bayramova mətbuat orqanlarına ailəsinin, yaxınlarının başqalarına gətirilən vəhşiliklərdən söhbət açmışdır.