Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Rzalar kənd klubunda “Xocalı fəryadı” adlı anım tədbiri keçirilib

24.02.2022

24 Fevral 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rzalar kənd klubu və Ağdam rayon MKS-nin 8 saylı Rzalar kənd kitabxanasının birgə təşkilatçılığı ilə əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 30-cu il dönümü münasibətilə  “Xocalı fəryadı” adlı anım tədbiri keçirilmişdir. Öncə Xocalı qurbanlarının və ölkəmizin ərazisinin  bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rzalar kənd klubun təşkilatçısı Lətafət Vəliyeva,MKS-nin 8 saylı Rzalar kənd kitabxanasının müdiri Gülnurə  Bayramova çıxış edərək Xocalı faciəsi haqqında Rzalar kənd sakinlərinə ətiraflı məlumat verdi. Tədbirdə Birinci Qarabağ müharibəsi iştirakçıları və Qaradağlı kənd ərazi Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

 

 

101.7 KB

 

114.1 KB

 

128.9 KB