Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın Mədəniyyət işçiləri “Xocalı Harayı” adlı videokonfrans təşkil edib

25.02.2022

25 fevral 2022-ci il tarixidə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş  "Xocalı Harayı" adlı  videokonfrans kemirilmişdir. Tədbir  Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Pircahan,Alıqulu,Malıbəy,Aşağı Fərəcan,Yuxarı Fəracan,Zabux,Mığıdərə kənd Mədəniyyət evi və kulublarının əməkdaşlarının təşkilatçılığı ilə keçirilmişdir.Tədbirdə  əslən laçın rayonundan olan, Xocalı sakini Nəsibova Əhliqa iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan  Pircahan kənd Mədəniyyət evinin direktoru İbadova Rübabə bir daha Xocalı soyqırımı haqqında geniş məlumat verib.1992 ci il fevralın 25 dən 26sına keçən gecə Xocalıya  misli görünməmiş bir gün yaşatdılar.Deyirlər müharibələr cinayət müsibətlərinin məcmusudur.Lakin elan olunmamış Erməni savaşının  Xocalı soyqırımı bəşər tarixində insan idrakına sığmayan Vəhşilikləri ilə çağdaş tariximizin qanlı bir səhifəsidir. Malıbəy kənd Mədəniyyət evinin direktoru Məmmədova Elyana çıxışı zamanı, Ermənilərin zaman-zaman Azərbaycanlıların başına gətirdiyi müsibətlərdən danışıb.Sonra isə Xocalı faciəsinin Şahidi Nəsibova Əhliqa çıxış edib.Xocalıda törədilən qanlı faciədən,Ananın gözü önündə  oğlunun başının kəsilməsindən,insanların diri-diri yandırılmasından  ürək yanğısı ilə danışmışdır. Sonda N.Solmaz,  Şəfəq, Ə.Solmaz və başqaları çıx etmişlər.Tezliklə Ali Başkomandanın əmri və Güclü ordumuzun sayəsində  Xocalı  şəhərinin azad olunmasının şahidi olaçağımızı vurğulayıblar.

 

95.5 KB

 

57.3 KB

 

49.5 KB

 

74.7 KB