Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və “Gül bayramı” münasibətilə möhtəşəm ümumrayon bayram tədbiri keçirilmişdir

09.05.2018

09 May, 2018-ci il tarixdə Ağcabədi rayon Heydər Əliyev Meydanında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi və “Gül bayramı” münasibətilə möhtəşəm ümumrayon bayram tədbiri keçirilmişdir. Tədbirdə Ağcabədi rayon rəhbərliyi və onun aparat işçiləri, Ağcabədi rayon ictimaiyyəti,  ziyalılar, idarə, müəssisə və təşkilarlar, orta məktəblər və rayon ərazisində yerləşən “N” saylı hərbi hissədən tədbirə dəvət olunmuş əsgər və zabitlər iştirak etmişlər. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsinin üzərinə tər çiçəklər düzərək Onun əziz xatirəsini yad etmişlər. Tədbirdə gənc rəssamların əl işlərindən ibarət geniş sərgilər nümayiş olunmuşdur.  Bayram tədbiri saat 19-00 – da Dövlət Himnimizin səslənməsi ilə başlamışdır. Tədbirdə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov Ulu Öndər Heydər Əliyevin yorulmaz və xalqımız üçün mühüm əhəmiyyətli, taleyüklü gərgin və səmərəli fəaliyyətindən geniş söz açaraq əlamətdar gün münasibətilə rayon ictimaiyyətini təbrik etmiş, Vətənimiz Azərbaycanın inkişafı və çiçəklənməsi naminə hər kəsə uğurlar arzu etmişdir. Çıxışdan sonra rayonun ictimai-siyasi həyatında fəal olan bir qrup şəxslərə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları və qiyməyli hədiyyələri təqdim olunmuşdur. Daha sonra bədii hissə başlamışdır. Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Ağcabədi Şəhər Uşaq İncəsənət məktəbinin musiqili ansamblının hazırladığı geniş, rəngarəng, əsl bayram ovqatlı, şux konsert proqramı tədbirin bədii hissəsinə xüsusi rəng qatmışdır. Müğənnilərdən – Həvva Əmrahovanın, Anar Rasimoğlu, Amaliya Şahverdiyeva, Cavanşir Əliyev, Elnur Fərzəliyev, Rahidə Əliyeva, Skripkaçılar qrupu və Beynəlxaq Televiziya Muğam Müsabiqəsinin iştirakçıları və qalibləri Ramik Bayramov, Səma İsmayılovanın ifasında dövlətimizi, dövlətçiliyimizi, Ulu Öndərimizi tərənnüm edən mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun üzvü Elminaz Xəlilovanın Ulu Öndər haqqında söylədiyi “Odur millətə Öndər” adlı şeiri də maraqlı ifalardan biri olmuşdur. Tədbirə əlavə gözəllik qatan Şəhər Uşaq İncəsənət məktəbinin rəqs kollektivlərinin təqdim etdiyi rəqs nömrələri də alqışlarla qarşılanmışdır. 2 saat davam bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatmışdır. Tədbirdə 7.000 insan iştirak etmişdir.