25.02.2022
25 Fevral 2022-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin Hacılar kənd Kitabxana filialının əməkdaşları Ağcabədi rayon Hacılar kənd tam orta məktəbin birgə təşkilatçlığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş " Xocalı harayı " adlı anım tədbiri keçirilib. Öncə Xocalı qurbanlarının və ölkəmizin ərazisinin bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik yad edildi. Tədbirdə bir çox çıxışlar oldu və tədbirin sonunda məktəblilər Xocalıya həsr olunmuş şerlər söylədilər.